Rusiyalı müşahidəçi: “Seçkilər tam şəffaf və demokratik keçirilib”

10:00 10-02-2020 19

“Azərbaycanda növbədənkənar parlament seçkiləri tam şəffaf və demokratik keçirilib”. 

APA-nın məlumatına görə, bunu növbədənkənar parlament seçkilərini izləyən Rusiyadan olan müşahidəçilərin rəhbəri Liliya Qumerova deyib.

Onun sözlərinə görə, dünən müşahidə missiyası üç dairə üzrə 11 məntəqəyə baş çəkib. 

“Hər bir məntəqədə seçki prosesi yüksək səviyyədə, qanuni çərçivədə və peşəkarlıqla təşkil olunub”,-  deyə L.Qumerova qeyd edib.