Göygöldə ölən vəkilin oğlu KİV-ə müraciət etdi - VİDEO

11:40 10-02-2020 409

Göygöl rayonunda deputatlığa namizədin vəfat edən vəkilinin oğlu kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.

HerGun.Az-ın məlumatına görə, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, Sübhan Hacıyevin oğlu Samir Sübhan oğlu İsrafilov videomüraciətində qeyd edib ki, sosial şəbəkələrdə atası barədə yayılan məlumatlar düzgün deyil:

“Atam iki dəfə ürək əməliyyatı keçirib. Dünən infarkt keçirərək rəhmətə gedib. Xahiş edirəm ki, bu məsələni siyasi oyunlara çevirməyin”.  

Qeyd edək ki, sosial şəbəkələrdə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd Mövsüm Aslanovun vəkili Sübhan Hacıyevin Göygöl rayonu Mollacəlilli seçki məntəqəsində səslərin sayılması zamanı qətlə yetirilməsi barədə məlumatlar yayılıb.