Rihanna: “Sevgililər gününü bu şəxslə keçirəcəm”

02:40 11-02-2020 144

Amerikalı müğənni və aktrisa Rihanna Nyu-Yorkda keçirilən onun yeni geyim kolleksiyası çərçivəsində “The Cut” jurnalına müsahibə verib.

“RİA Novosti” xəbər verir ki, müsahibəsində müğənni Sevgililər gününü səsyazma studiyasında keçirəcəyini bildirib.

“Çox həyəcanlıyam. Kiminlə işlədiyimi deyə bilmərəm, lakin mən həmişə onunla musiqi yazmaq arzusunda idim. Yaxşı, onun kim olduğunu deyəcəm. Bu Farell Uilyamsdır”, - deyə aktrisa etiraf edib.