Dua Lipa bütün dünyaya azərbaycanlı rəssamın portretini göstərdi - FOTO

16:00 11-02-2020 31

Azərbaycanda keçirilən “Formula 1” yarışının ulduz qonağı olmuş dünya şöhrətli britaniyalı müğənni Dua Lipa sosial media hesabında rəssam Kənan Şeyxzamanlının rəsm əsərini paylaşıb. Rəsm əsərində isə məşhurun özü olub.

HerGun.Az xəbər verir ki, Kənanın əl işindən heyran qalan pop ulduz onu bütün dünyada sevən izləyicilərinə nümayiş etdirmək üçün 39 milyonluq şəxsi “Instagram” hesabının hekayə bölümündə paylaşıb.

K.Şeyxzamanlı hekayə yazıçısı və rəssamdır. Uşaqlıqdan yaradıcılıqla məşğul olan Kənan Xalq artisti Tünzalə Ağayevanın klipinin illüstratoru olub.

Rəşad Əliyev