69 azərbaycanlı İrandan qayıda bilmədi: Ziyarət məkanlarında gecələdilər

11:20 12-02-2020 49

Güclü qar və şaxta səbəbindən ölkəyə qayıda bilməyən 69 Azərbaycan vətəndaşı İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda ziyarət məkanları və məscidlərdə yerləşdiriliblər.

Trend-in məlumatına görə, bunu İranın Astara rayonu Xeyriyyə Məsələləri üzrə İdarəsinin direktoru Cəmşid Məhdəvi deyib.

C.Məhdəvinin sözlərinə görə, Azərbaycan vətəndaşları ötən gün rayonda nəzərdə tutulan məkanlarda gecələyiblər.

Qeyd edək ki, ötən üç gün ərzində İranın Gilan vilayətinin əksər hissələrində güclü qar yağıb. Vilayətin bəzi rayon və şəhərlərində qarın hündürlüyü bir metri keçib.

Əlavə edək ki, İranda güclü qar və uçqun nəticəsində indiyədək səkkiz nəfər həyatını itirib, 85 nəfər yaralanıb.