Fələstinlilər yanlışlıqla Qəzzaya raket zərbəsi endirib

08:00 02-03-2020 357

Martın 1-i axşam saatlarında Qəzzadan İsrail istiqamətində raketin buraxılması uğursuz nəticələnib.

“MIG News” xəbər verir ki, raket Qəzza zolağının ərazisinə düşüb.

Raket buraxılandan sonra İsraildə xəbərdarlıq siqnalı işə düşüb.

Zərbə nəticəsində xəsarət alanlar və dağıntılar haqda məlumat yoxdur.