Sərxoş halda qəza törədən sürücü göz yaşlarını saxlaya bilmədi - VİDEO

09:20 02-03-2020 409

Türkiyənin Zonquldak şəhərində avtomobili içkili vəziyyətdə idarə edən sürücü qəza törədib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Qəza nəticəsində Gökhan Ç. adlı şəxsin avtomobili yararsız vəziyyətə düşüb.

Avtomobilinin əzilmiş vəziyyətini görən içkili sürücü göz yaşlarını saxlaya bilməyib.

O, iki min lirə (543 manat) məbləğində cərimələnib.