Fransada millət vəkili koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

02:40 06-03-2020 349

Fransa Milli Assambleyasının (parlament) deputatı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

“Journal du Dimanche” xəbər verir ki, millət vəkilinin koronavirusa yoluxduğuna dair şübhələr var.

Hal-hazırda Elzas bölgəsində “Respublikanlar” partiyasını təmsil edən deputat təməffüs yolları problemi ilə intensiv terapiya şöbəsində müalicə alır.

Onun koronavirusa yoluxub-yoluxmaması hələ müəyyən edilməyib.

Qeyd edək ki, həmin deputat son dəfə fevralın 25-i parlamentin iclasına qatılıb.

Xatırladaq ki, son məlumatlara əsasən Fransada koronavirusa yoluxanların sayı 420 nəfərdən çoxdur.

Onlardan yeddisi artıq dünyasını dəyişib.