“Kapital Bank” koronavirusla mübarizəyə yarım milyon manat ayırdı

15:20 21-03-2020 14

“Kapital Bank” korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.

Bankdan Trend-ə verilən məlumata görə, bank fondun hesabına virusla mübarizə məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb. Bir sıra iri holdinq və şirkətlər kimi, “Kapital Bank” da müəyyən məbləği qeyd olunan hesaba köçürməyi özünə borc bilib.

Qeyd edək ki, “Kapital Bank” Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlara güzəştlər etmək çağırışına qoşulub. COVID-19-un yaratdığı çətinlikləri nəzərə alaraq, sahibkarlara müxtəlif bank əməliyyatlarında güzəştlər tətbiq edilib. Artıq sahibkarlar “Müştəri Bank” vasitəsilə xarici ölkələrə olan köçürmələrini endirimli komissiyalarla icra edə bilirlər. Həmçinin biznes kreditləri tam komissiyasız rəsmiləşdirilir.

Bundan başqa, müştərilər “BirBank” mobil tətbiqi vasitəsilə evdən çıxmadan əksər bank xidmətlərini, həmçinin ödəniş və köçürmələrini öz smartfonları vasitəsilə həyata keçirə bilirlər. Həm “BirBank”, həm də “Müştəri Bank” 24/7 rejimində, fasiləsiz olaraq istifadəçilərin ixtiyarındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, “196” Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.