Makron Boris Consona ultimatum qoydu

07:00 23-03-2020 43

Fransa Prezidenti Emmanuel Makronun təzyiqləri altında Böyük Britaniya Baş naziri Boris Conson ölkədə restoran, bar və klubların fəaliyyəti ilə bağlı məhdudiyyət tətbiq etməyə məcbur olub.

Fransanın “Liberation” qəzeti xəbər verir ki, Makron Böyük Britaniyanın koronavirusun yayılmasına qarşı heç bir tədbir görməməsindən olduqca narazı idi.

Məlumata əsasən, ultimatum martın 20-si qoyulub.

Yalnız bundan sonra Böyük Britaniyada müvafiq tədbirlər görülməyə başlayıb.