Bir sıra Afrika ölkəsi koronavirusa görə sərhədləri bağladı

02:20 24-03-2020 18

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nigeriya, Zimbabve və Həbəşistan hökümətləri sərhədlərin bağlanmasını bəyan ediblər.

“Zimlive” xəbər verir ki, Zimbabve Prezidenti Emmerson Mnanqaqva yüklər və ölkəyə qayıdan Zimbabve vətəndaşları istisna olmaqla sərhədlərin hamı üçün bağlandığını bildirib.

Bundan əlavə, ölkədə bütün barlar, restoranlar, idman mərkəzləri, hovuzlar və kinoteatrlar bağlanıb.

Qeyd etmək lazımdır ki, Nigeriyada da oxşar tədbirlər həyata keçirilir.