Almaniyada başqalarını koronavirusa yoluxdurmaq istədi: eskalatorun sürahilərini yaladı

03:20 25-03-2020 17

Almaniyanın Münhen bölgəsində başqalarını koronavirusa yoluxdurmaq məqsədi ilə metroda eskalatorun sürahilərini və keçid bileti satan avtomatları yalayan 33 yaşlı kişi həbs edilib.

“DW” xəbər verir ki, həmin şəxs öz hərəkətlərini telefona çəkərək sosial şəbəkələrdə paylaşıb.

Həmin şəxs saxlanılıb və ağır bədən xəsarətləri yetirməkdə ittiham edilir.

Polis saxlanılan kişinin koronavirusa yoluxub-yoluxmadığını bilmir.