İslandiya sakini koronavirusun iki ştamına yoluxub

08:00 25-03-2020 42

İslandiyanın vətəndaşı eyni zamanda koronavirusun iki ştamına yoluxub.

“Reykjavík Grapevine” xəbər verir ki, ikinci ştam Uhan şəhərində peyda olan koronavirusun ilkin versiyasının mutasiyasıdır.

“deCODE genetics” adlı bioəczaçılıq şirkətinin rəhbəri Kari Stefansonun fikrincə bəlkəd bu dünyada ilk ikili yoluxma halıdır.

Mütəxəssis qeyd edib ki, ikinci ştam daha aqresivdir, çünki xəstə ətrafdakılarını məhz onunla yoluxdurub.

Qeyd etmək lazımdır ki, İslandiyada koronavirusa 648 nəfər yoluxub.