Yeni Zelandiyanın Baş nazirini kafeyə buraxmadılar

01:00 17-05-2020 21

Yeni Zelandiyanın Baş naziri Casindu Ardern və həyat yoldaşı Klark Qeyford koronavirus epidemiyası ilə əlaqədar tətbiq olunan yeni qaydalar səbəbindən kafeyə buraxılmayıblar.

Bu barədə “New Zealand Herald” xəbər yayır.

Vellinqton şəhərində “Olive” kafesinin işçiləri cütlüyü qəbuldan imtina ediblər.

Çünki yeni iş cədvəlinə görə, müəssisə artıq mümkün qədər izdihamlı olub.

Hökumət başçısının əri yeri əvvəldən bron etmədiyi üçün özünü günahkar sayıb. Buna baxmayaraq, yer qısa müddətdə boşalıb və bundan sonra cütlüyə kafeyə qayıtmaq təklif edilib.

“Ardern bütün işçilərə yaxşı münasibət bəsləyirdi və adi bir müştəri kimi davranırdı”, - deyə şahidlərdən biri bildirib.

Ölkədə yeni qaydalara əsasən, restorandakı qonaqlar sosial məsafəni qorumalı və barda oturmamalıdırlar.