Yanğınsöndürənlər yanan evdə qalmış iki uşağı belə xilas etdilər - ANBAAN VİDEO

23:40 17-05-2020 18

Türkiyənin Adıyaman şəhərinin Əskisaray məhəlləsində Suriya əsilli Əhməd A.-ya məxsus üçmərtəbəli evin birinci mərtəbəsində hələlik bəlli olmayan səbəbdən yanğın başlayıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Hadisə yerinə yanğınsöndürən, təcili yardım və polis gəlib.

Yanğınsöndürənlər alov içində qalmış iki uşağı xilas etmək üçün əllərindən gələni ediblər.

Xilas anının videoyazısını təqdim edirik: