Qaxda iki nəfəri it dişlədi

02:40 18-05-2020 17

Qaxda iki nəfəri it dişləyib.

Qafqazinfo-nun məlumatına görə, axşam saatlarında rayonun Turaclı kənd sakini - 2013-cü il təvəllüdlü Bəşirzadə Turqut Yasin oğlu və rayonun Süskənd kənd sakini 1961-ci il təvəllüdlü Müslümova Xuraman Məmməd qızı it dişləməsi xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Xəstəxanada hər iki şəxsə yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub və ambulator müayinə üçün evə buraxılıblar.