Özünü polis kimi təqdim edən şəxs 14 nəfərin əl-qolunu bağlayıb qarət etdi

06:20 19-05-2020 22

Türkiyənin İstanbul şəhərində özünü polis kimi təqdim edən şəxs 14 nəfəri qarət edib.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, iki nəfər pakistanlı polisə müraciət edib.

Onlar özünü polis kimi tanıdan bir kişinin onların mobil telefonunu və pullarını aldığını deyiblər.

Təqsirləndirilən şəxsin izinə düşən polis gəldiyi evdə 14 pakistanlını əlləri bağlanmış vəziyyətdə tapıb. Onlar özünü polis kimi təqdim edən şəxsin zorla içəri girdiyini, onların əllərini bağlayaraq telefonlarını və pullarını alıb getdiyini deyiblər.

Hadisədə şübhəli bilinən altı xarici vətəndaş saxlanılıb.

Pakistanlıları qarət edənin 18 yaşlı Bilal.K olduğu məlum olub. Bilal.K. həbs edilib, digər beş nəfər isə sərbəst buraxılıb.