COVID-19-a yoluxmamış şəxslərin qanında koronavirusa qarşı immunitet aşkarlandı

10:20 20-05-2020 20

Amerikalı mikrobioloqlar apardıqları araşdırmadan sonra sensasiyalı nəticələr əldə ediblər.

“Medicine” jurnalının yazdığına görə, alimlər 2015-2018-ci illərdə donorlardan toplanmış qanda T-limfositlərin SARS-CoV-2 virusuna qarşı immun reaksiyasını aşkarlayıblar.

Əvvəlcə mütəxəssislər fərqli məsələnin həlli üçün işə başlasalar da, araşdırma prosesində pandemiyadan xeyli əvvəl bağışlanan qan nümunələrindən alınan T-hüceyrələrinin koronavirus antigenlərinə qarşı immunitet reaksiyasını yoxlamaq qərarına gəliblər.

Nümumələrdən, demək olar ki, yarısının T-hüceyrələri virus antigenlərinə qarşı müəyyən reaksiya göstərib. Tədqiqatçılar bildirib ki, donorlardan yeddi nəfəri bir zamanlar digər koronavirus növlərinə yoluxub və orqanizm “qohum” patogenlərə qarşı immunitet inkişaf etdirib.

Bu, o deməkdir ki, COVID-19 bu insanları təhdid edə bilməz. Belə insanların sayı isə çox ola bilər.