Azərbaycanda koronavirus dönəmində kütləvi dini çağırışlar olub? - RƏSMİ

15:40 20-05-2020 21

“Koronavirus pandemiyası dövründə Azərbaycanda fəaliyyət göstərən dini icmaların heç birində dini ayinin kütləvi və toplu şəkildə keçirilməsini təkid edəcək çağırış edilməyib”.

HerGun.Az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yeni” TV-nin canlı yayımında bildirib.

O qeyd edib ki, çağırış tipli müraciətlər də qeydə alınmayıb:

“İnsanlar tələblərə əməl edirlər. Ramazan ayı müddətində ziddiyyətli, narazılıq yaradacaq vəziyyət ortaya çıxmayıb:

“Bu günə qədər əhəmiyyət daşımayan faktın qeydə alınması mümkündür”.

M.Qurbanlı əlavə edib ki, ölkədə verilən fitvaya qarşı hər hansı hərəkətlər müşahidə edilməyib.

İlhamə Əbülfət