Moskvada banka hücum: İnsanları girov götürən şəxs pul tələb edir

16:20 23-05-2020 26

Rusiyanın paytaxtı Moskvada naməlum şəxs “Alfa-Bank”ın filiallarından birinə silahlı hücum edərək beş nəfəri girov götürüb.

TASS agentliyi xəbər verir ki, silahlı şəxs bank rəhbərliyindən külli miqdarda pul tələb edir.

İlkin məlumata görə, banka basqın edən şəxs kuryer işləyir, yemək sifarişlərinin çatdırılması ilə məşğuldur.

Banka hücüm edən vaxt onun əynində qara gödəkçə, idman şalvarı və qara maska olub.

O, binanı partladacağı ilə bağlı hədələyib.