Pakistanda fond birjasına hücum: ölənlər və yaralananlar var - FOTO

11:40 29-06-2020 29

Pakistanda terrorçu olduqları hesab edilən dörd nəfər Karaçidə ölkənin Fond Birjasına hücum edib.

“Dawn and Jang” qəzeti bu barədə yerli polisə istinadla xəbər yayıb.

Bildirilir ki, bazar ertəsi səhər saatlarında silahlı şəxslər birjanın binasının girişinə qumbara və atəş açıblar. Polisin cavab atəşı nəticəsində həmin şəxslər öldürülüb. Onlardan odlu silah və qumbara götürülüb. Binada olan insanlar arxa qapıdan təxliyyə ediliblər.

Hücumda yeddi nəfərin, o cümlədən, polis əməkdaşlarının yaralandığını qeyd edilir. Onlar xəstəxanaya çatdırılıblar. Həmçinin, ölən beş nəfər xəstəxanaya aparılıb. Ölənlərin arasında bir nəfər birjanın təhlükəsizlik işçisi, ikisi isə mülki şəxsdir.

Təcavüzkarların neçə nəfər olduğu və hansı təşkilatı təmsil etdikləri hələlik məlum deyil.