16 il ara ilə əvvəl əri, sonra özü eyni adamı xilas etdi - FOTO/VİDEO

07:20 30-06-2020 23

ABŞ-da baş vermiş qeyri-adi hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, Cefri Qranjer adlı şəxsin həyatını əvvəlcə bir kişi, üstündən 16 il keçdikdən sonra isə həmin kişinin həyat yoldaşı xilas edib.

Bu barədə CBC xəbər yayıb.

Məlumata görə, 2004-cü ildə ABŞ-da yaşayan Brayn Herrinqton evdə keçirdiyi qəza nəticəsində dünyasını dəyişib. Onun vəsiyyəti ilə orqanları bağlışlanıb. Beləliklə, böyrək və mədəaltı vəzi transplatasiyasına ehtiyacı olan Cefri Qranjerin həyatı xilas olunub.

Terri Herrinqtonun sözlərinə görə, ərinin orqanlarının kimə nəql edildiyini əvvəl bilməyib. Bir ildən sonra həmin şəxslərdən birini - Qranjeri tapıb. Əvvəlcə məktub və açıqcalarla əlaqə saxlayan ikili daha sonra dostlaşıb.

Uzun illərdən sonra Qranjer təkrar narahatlıq hiss etməyə başlayıb. O, transplantasiya olunan böyrəyinin çatışmazlığını öyrənəndən sonra Terriyə bu barədə danışıb. Qadın yerli mediaya müsahibəsində “Həmin vaxt ona böyrəyimi bağışlamağımın lazımlığını anladım” deyib.

Qranjer isə ilk əvvəl Terrinin təklifinin zarafat olduğunu sanıb.

Əməliyyat uğurlu keçib. Qranjer hazırda həm Terrinin, həm də onun ölən ərinin böyrəklərini daşıyır.