Xüsusi karantin elan edilən rayonlardan icazələri olmadan Qaxa gələn yeddi nəfər cərimələnib

19:20 27-07-2020 24

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həftəsonu xüsusi karantin rejimi elan edilən şəhər və  rayonlardan icazələri olmadan,  qaydaları pozaraq rayona gələn şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan HerGun.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən yeddi belə şəxs aşkar olunub.

Onlara karantin rejiminin qayda və tələbləri izah olunub.

Yeddi nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib.