Sevgilisinin saçını kəsib çılpaq halda zirzəmidə qandalladı

03:20 28-07-2020 23

Rusiyada Yamal-Nen Muxtar Dairəsində iş yoldaşına işgəncə vermək və ölümlə hədələməkdə ittiham edilən Şurışkarı kəndinin keçmiş başçısına hökm oxunub.

Bu barədə region prokurorluğunun saytında məlumat verilib.

Belə ki, mühakimə edilən şəxs bir yerdə yaşadığı qadına ondan icazəsiz evdən getdiyi üçün qəzəblənib. O, qadının başına dibçək atıb, saçlarını kəsib, sonra təpikləyərək mətbəxə sürüyüb. Daha sonra o, sevgilisinə soyunmağını əmr edib və zorla çılpaq halda zirzəmiyə atıb.

Zirzəmidə beş saat qaldıqdan sonra həmin şəxs qadının əlini metal qutuya qandallayaraq tapançanın dəstəyi ilə üzünə zərbələr endirib və öldürməklə hədələyib. Keçmiş bələdiyyə başçısı evdən çıxan kimi qadın əlindəki qandalların zəncirini qıra bilib və eyvandan özünü yerə atanda ayağını sındırıb. Buna baxmayaraq, o, özünü qonşuya çatdırıb və qonşu qadını xəstəxanaya aparıb.

Zərərçəkənə ağır kəllə-beyin travması və çox sayda hematoma diaqnozu qoyulub.

Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması qərarı çıxarıb. Ona bir il altı ay ərzində yaşadığı yeri tərk etmək qadağan olunub.