Gəncədə güclü külək ağacı evin üzərinə aşırdı - FOTO/VİDEO

01:40 29-07-2020 22

Gəncədə yağışla müşahidə olunan güclü külək bir sıra fəsadlara yol açıb. 

Baku TV xəbər verir ki, təbiət hadisəsi nəticəsində şəhərin Cavad Rəfibəyli küçəsində irigövdəli çinar ağacı evin üzərinə aşıb.

Xoşbəxtlikdən xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib. 

Analoji hadisə şəhərin digər küçə və prospektlərində də yaşanıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

Aidiyyəti qurumlar əraziyə cəlb olunaraq, aşan ağacların ərazidən təmizlənməsi və evlərə dəyən ziyanın ölçülməsi istiqamətində işlər aparıb. Elektrik enerjisinin verilişində yaranan problem də aradan qaldırılıb.