Bakı polisi koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasını davam etdirir - FOTO

23:40 29-07-2020 26

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirləri paytaxtın bütün rayonlarını əhatə edir.

Bakı Şəhər Baş Polis İdarəsindən HerGun.Az-a verilən məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrası davam etdirilir.

Göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.