Kanadada ermənilər iki azərbaycanlıya hücum edib - VİDEO

11:00 02-08-2020 448

Kanadanın Toronto şəhərində Nort York ərazisində 7-8 erməni iki soydaşımıza müxtəlif (pnevmatik və soyuq) silahdan istifadə edərək xəsarət  yetirib.

365.az xəbər verir ki, bu haqda “Facebook”da məlumat və videolar paylaşılıb. 

Belə ki, ermənilər Kanada vaxtı ilə bu gecə 23.00-da (01.08.2020) Torontoda bir həmyerlimizin maşınını əzib, yararsız hala salıb, qaçıblar.

Şahidlərin dediyinə görə, ermənilərdə silah, dubinka olub.

Dünyanın ən təhlükəsiz ölkəsi Kanadada belə azərbaycanlılara qarşı erməni vandalizmi, erməni vəhşiliyi davam edir.