Ömər Momani Maksim Medvedevə karikatura hərs etdi - FOTO

09:20 10-09-2020 59

Tanınmış karikaturaçı Ömər Momani futbol üzrə Azərbaycan millisinə karikatura həsr edib.

O, karikaturanı “Facebook” hesabında yayımlayıb. 

Momani paylaşımına “İndi gülə bilərsən, kapitan. Əhsən, Maks!” şərhini yazıb. 

Karikaturada Kiprlə oyunda millimizin qələbə topunu vuran Maksim Medvedevin təyyarənin sükanı arxasında gülümsəməsi əks olunub. 

Qeyd edək ki, sentyabrın 8-də UEFA Millətlər Liqasının C Divizionunun 1-ci qrupu çərçivəsində baş tutan qarşılaşmada Azərbaycan 1:0 hesabı ilə qələbə qazanıb. Oyunda yeganə qolu 29-cü dəqiqədə millimizin kapitanı Maksim Medvedev vurub. 

Bu həm də baş məşqçi Canni De Byazinin yığmamızla ilk qələbəsi olub.