17 yaşlı yeniyetmə dostu tərəfindən bıçaqlandı

09:40 10-09-2020 72

Bakının Binəqədi rayonunda dava zamanı 17 yaşlı oğlan bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

2003-cü il təvəllüdlü Şahmarzadə Ayxan Mobil oğlu dostu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı çoxlu qan itirərək xəstəxanaya çatdırılıb. O, cərrahi əməliyyat edilib.

Fakt Nərimanov Rayon Polis İdarəsində araşdırılır.