Azərbaycan peyvəndə inanmayan ölkələr sırasında - ARAŞDIRMA

12:20 11-09-2020 30

Peyvəndləmə ilə bağlı yeni araşdırma aparılıb.

Largsandmillportnews.com bu barədə xəbər yayıb.

149 ölkədə 284 000-dən çox insan arasında aparılan tədqiqat göstərib ki, altı ölkə - Əfqanıstan, Azərbaycan, İndoneziya, Nigeriya, Pakistan və Serbiyada – peyvəndin təhlükəsiz olması fikrində olanların sayında “əhəmiyyətli artım” nəzərə çarpıb.

Azərbaycanda peyvəndlərin təhlükəsizliyinə şübhə edənlərin payı 2015-ci ildə olan 2%-dən 2019-cu ildə 17%-ə qalxıb.