III qrup üzrə plan yerlərində artım olan ixtisaslar AÇIQLANDI

12:40 11-09-2020 26

III ixtisas qrupu üzrə 200-dən yuxarı bal toplayanların sayı 15 368 nəfərdir. Onların 3000 nəfərindən çoxu ümumi planda yer olmadığından kənarda qalır.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə üçüncü ixtisas qrupları üzrə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar “Facebook”da canlı yayım zamanı deyib.

O bildirib ki, bu il III ixtisas qrupu üzrə 82 subbakalavr ərizə verib:

“Onların ali məktəblərə qəbul olma faizi çox aşağıdır. Çünki onların iştirak balı 150-200 bal arasıdır. Bu səbəbdən tövsiyə edərdik ki, onlar ilk olaraq ali məktəb seçimlərində regional ali məktəbləri, yaxud da özəl ali təhsil müəssisələrini seçsinlər. Çünki ötən il orada keçid balları nisbətən aşağı olub. Birinci yerləşdirmədən sonra inanmıram ki, II mərhələ üçün boş yerlər qalsın”.

M.Abbaszadə əlavə edib ki, bu il III qrup üzrə Azərbaycan dili və ədəbiyyat müəllimliyi üçün 30%, ibtidai sinif müəllimliyi üçün 10%, tarix müəllimliyi üçün isə 11% plan yerində artım olub.