Millət vəkili Fəzail Ağamalı nə vaxta qədər namuslu insanların bostanına daş atacaq?

18:29 11-09-2020 449

Məhəmməd Peyğəmbər (əs) günlərin bir günündə Məkkədən Mədinəyə gedərkən yol kənarında bir qadının kənd camaatı tərəfindən daşa basıldığını görür: Ayaq saxlayıb qadından soruşur ki, sənə niyə daş atırlar, günahın nədir?

Qadın buyurur ki, Ya Rəsul Allah mənim heç bir günahım yoxdur. Amma bircə onu bilirəm ki, mənə daş atanların hamısı Allah Taalanın günahkar bəndələridir. Görürsünüzmü Məhəmməd Peyğəmbərin (ə) yaşadığı dövrdən ta bu günlərimizə qədər həmişə günahkarlar günahsızları, namuslu insanları təqib edir, şərləyir, onlara qara yaxmaqdan da çəkinmirlər.

Son günlər Ramiz Mehdiyevin nəvəsinin 20-25 nəfər qonaqla öz bağ evində keçirdiyi toy şənliyi mətbuatın gündəmini zəbt etməkdədir. Bir vaxtlar hakimiyyətdə olanda ona əl verib görüşməyi özlərinə şərəf hesab edənlər indi Ramiz Mehdiyevə qarşı çıxır, hələ ona qara yaxmaqdan da çəkinmirlər. Dediklərimizə iyirmi altı ildir deputat kimi Milli Məclisdə oturub hakimiyyətə gələnlərə çəpik, hakimiyyətdən gedənlərə təpik vuran iqtidarın oyunçusu Fəzail Ağamalını nümunə göstərmək olar. O, mətbuat səhifələrində belə bir fikir səsləndirib ki, Ramiz Mehdiyev mütləq cəzalandırılmalıdır.

Soruşmaq istəyirik ki, Fəzail Ağamalı, Ramiz Mehdiyev prezident administrasiyasının rəhbəri olanda nəyə görə bunları demirdiniz Siz və Sizin kimiləri Ramiz Mehdiyevin qarşısında ikiqat əyilib ona təzim etmirdiniz? Onun əlindən öpüb, ətəyində namaz qılmırdınız? Bəs nə oldu, dəyişən nədir?
Siz ilk öncə “Ana vətən” partiyasının sədri kimi deputat seçilmisiniz.

Halbuki sədri olduğunuz partiyanın nə ofisi var, nə də Sizdən savayı bir nəfər üzvü var! Onu da xüsusi vurğulamaq lazım gəlir ki, bu ilin fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri göstərdi ki, Sizin seçiciləriniz Sizi tanımır. Vaxtınız olanda bunlardan da danışan, heç danışmağınıza ehtiyac da yoxdur, xalq Sizi yaxşı tanıyır, millətimiz Sizin Gəncə İnstitutunda, Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim işləyəndə hansı əməllərlə məşğul olmağınızı çox gözəl bilir.

Bütün Naxçıvan əhli hələ də unutmayıb ki, Siz Naxçıvan İnstitutunda işləyərkən həmin vaxtlar Naxçıvanda Dövlət Təhlükəsizlik Komitəsinin sədri işləmiş Nəriman Şamo oğlu İmranov məhz Sizin vasitənizlə institutun üç nəfər nüfuzlu ağsaqqal müəllimini heç bir əsas olmadan rüşvətalma maddəsi ilə həbs etmişdi, halbuki nə onların üzünə dirənən var idi, nə də onların əleyhinə izahat verən. Amma həmin vaxtlar başınızı aşağı dikib xəcalət çəkmək əvəzinə, bu çirkin əməlinizlə fəxr edirdiniz. Adları çəkilən müəllimlərin hər üçü dünyasını dəyişib. Allah rəhmət eləsin!

Fəzail Ağamalı, millətin vəkili, bəlkə də yüzlərlə insan şahiddir ki, iyirmi ildən artıqdır Azərbaycana rəhbərlik edən prezidentlərin iş üslubuna uyğun əməllərinizlə ən yaxın adamı ola bilmisiniz (nümunə). Xatırlayanlar bilirlər ki, bir vaxtlar ANC telekanalında “Açıq söhbət” adlı pubrika açılmışdı. Verlişlərin birində rəhmətlik Əbülfəz Elçibəy də iştirak edirdi. Fəzail Ağamalının xalq hərəkatının əleyhinə çıxışı Elçibəyi hiddətləndirdi və ona sual verdi ki, bura bax görüm, mən hakimiyyətdə olanda kimin adamı idin? F.Ağamalı bəlkə də birinci dəfə idi ki, həqiqəti əks etdirən cavab verdi: Sizin!

Başqa nümunə:
Azərbaycan parlamentinin neçə illərdir keçirilən kollegial həmçinin sakit iclasları nəzəri cəlb etməkdədir. Lakin bircə dəfə deputatlar arasında baş verən biabırçı əlbəyaxa müşahidə edilib, hörmətli Fəzail Ağamalı ilə Hüseyn Abdullayev (Quska) arasında. Bunu da Fəzail Ağamalının növbəti “uğuru” kimi dəyərləndirmək olar.

Fəzail Ağamalı düz 26 ildir çıxışlarında, müsahibələrində millət vəkili olaraq namuslu insanlara böhtan atmaqla, qara yaxmaqla məşğuldur. Zərər çəkmiş qarşı tərəf mətbuatda onun ittihamlarına cavab verirsə F.Ağamalı dərhal deputat mandatından - istifadə edərək məhkəmələrin qapısını döyür, şərəf və ləyaqətinin alçaldılmasını qeyd edir, təzminat tələb edir!

Fəzail müəllim, icazə verin, soruşaq, hansı şərəf ləyaqətdən danışırsınız? Fəzail Ağamalının yaşı artıq səksənə yaxınlaşır. O ömrünün qürub çağlarını yaşayır. Lakin onun qəlbi sanki kimlərəsə pislik, yamanlıq etmək eşqi ilə döyünür. Üzümüzü Fəzail müəllimə tutub deyirik. Millət vəkili, haqqa qayıdın, vaxtaşırı seçicilərinizlə görüşün, onların tapşırıqlarını icra edin, onların rəğbətini qazanın görün, Şeyx babamız Nizami Gəncəvi əsərlərinin birində nə gözəl deyib:

“Çalış ki, xalqının işinə yara,
Geysin əməlindən ellər zər-xara”

Növbəti yazılarımızda F.Ağamalının varidatı ona məxsus nəhəng obyektlər barədə ətraflı məlumat veriləcək.

Vüsal Əzizov