Sörfçü qadın 22 metrdən hündür dalğanı ram edərək rekorda imza atdı - FOTO/VİDEO

01:00 12-09-2020 494

Braziliyalı sörfçü  Maya Qabeyra ən böyük dalğanı ram etməsinə görə qadınlar arasında  dünya rekordunu təzələyib.

TASS-ın məlumatına görə, bu barədə Dünya Sörf Liqasının Mətbuat Xidmətindən bildirilib.

33 yaşlı idmançı 22,40 metr hündürlükdə dalğanı ram edib.

Qeyd edək ki, bundan əvvəlki rekord da (20,72 metr) ona məxsus idi.

Qabeyra dünyanın ən çox qazanan sörfçülərindəndir. O, ilin ən yaxşı idmançısı kimi iki dəfə “Laureus” mükafatına namizəd olub.