Rusiyada sərnişin avtobus lokomotivlə toqquşdu – ANBAAN VİDEO

08:40 12-09-2020 438

Rusiyada sərnişin avtobusu lokomotivlə toqquşub.

“İhlas Haber Ajansı” (İHA) xəbər verir ki, xoşbəxtlikdən qəza zamanı avtobusda sərnişinlər olmayıb, sürücü isə xəsarət almayıb.

Təhlükəsizlik kameralarından da aşkar görünür ki, yol hərəkəti qaydalarına riayət etməyən avtobus sürücüsü hərəkətdə olan lokomotivi gözləmir və relslərin üzərinə çıxaraq qəzaya səbəb olub.