ABŞ-ın Oreqon ştatında kütləvi ölüm təhlükəsi

10:20 12-09-2020 30

ABŞ-ın Oreqon ştatında meşə yanğınları çoxsaylı insan ölümünə səbəb ola bilər.

İz.ru bu barədə ştatın fövqəladə hallar departamentinin rəhbəri Endryu Felpsin məlumatına istinadla xəbər yayır.

“Yanğınların insan itkisi və minlərlə binanın dağılması ilə nəticələndiyini bilirik, mövcud məlumatlara və yıxılan binaların sayına əsasən kütləvi ölümlərin olacağını güman edirik”, - deyə o bildirib.

Oreqonda sentyabrın 10-da meşə yanğınları sahəsi 362000 hektarı keçib. Ümumilikdə, 500000 nəfər əyalətdən təxliyyə olunub. Bu Oreqon əhalisinin 10 faizini təşkil edir.