Bakıda iki avtomobil toqquşdu, bir nəfər xəstəxanalıq oldu

23:20 13-09-2020 402

Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin 1988-ci il təvəllüdlü Məmmədova Fatimə Həsən qızı bədən xəsarətləri alıb.

Yaralı təcili yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ qapalı kəllə beyin travması və baş beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.