Peşə təhsili üzrə sənəd qəbulu yekunlaşır

07:40 14-09-2020 27

Sentyabrın 4-dən start verilən peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsi bu gün saat 18:00-dək davam edəcək.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, II mərhələ https://qebul.vet.edu.az/ platforması üzərindən elektron qaydada, ödənişsiz formada iki mərhələdə aparılır. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.