ARB TV-dən çıxıb yenidən “Xəzər”ə qayıtdı

10:40 14-09-2020 27

ARB TV-də “Faydalı saat” proqramı ilə efirə çıxan diyetoloq Tutu Zeynalova işdən ayrılıb.

Axşam.az-ın məlumatına görə, o, yeni mövsümdən “Xəzər TV”-də efirə çıxacaq.

Qeyd edək ki, T.Zeynalova 2016-cı ildə “Xəzər TV”-də “Həkim işi” proqramına aparıcılıq edirdi. 2017-ci ildə isə sözügedən kanalla yollarını ayırıb, 2018-ci ildə “ASAN radio”-da çalışmağa başlayıb.

Ötən mövsüm isə ARB TV-də efirə çıxıb.