DİM sədri valideynlərə xəbərdarlıq etdi: “Məsuliyyətli olsunlar”

15:20 14-09-2020 25

“Müəyyən insanlar var ki, təkliflər verib və abituriyentlərə köməklik göstərməyə çalışırlar. Amma onlar bu məsələyə məsuliyyətsiz yanaşırlar”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

Sədr bildirib ki, yerləşdirmə aparıldıqdan sonra insanları qəbul edən zaman onların seçdikləri məktəbi, fakültəni fikirlərində tutmadıqları məlum olub:

“Bunu kimsə onların yerinə edib. Valideynlərdən xahiş edirəm ki, belə məqamlarda məsuliyyətli olsunlar.

Onların övladlarını başqa şəhərdə oxutmağa və təhsil haqqını ödəməyə imkanları yoxdursa bu seçimləri etməsinlər”.

İlhamə Əbülfət