Azərbaycanlı velosipedçi dünya çempionatı öncəsi medal qazandı - FOTO

14:20 15-09-2020 21

Azərbaycanlı velosipedçi Elçin Əsədov Türkiyədə üçüncü olub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, şose velosipedi üzrə Elit yığma komandamızın üzvü, gələn il Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov Türkiyədə keçirilən 1.2 kateqoriyalı “Grand Prix Velo Erciyes” yarışında uğurla çıxış edib.

“Bahrain Cycling Academy” kontinental komandasının heyətində mübarizə aparan Elçin birgünlük yarışda üçüncü nəticə göstərib. Velosipedçimiz 176 km məsafəni 4 saat, 11 dəqiqə, 26 saniyəyə başa vurmaqla reytinqinə 25 xal da əlavə edib.

Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında bu yarışda iştirak edən Azərbaycan yığma komandasının digər üzvlərindən ən yaxşı nəticəyə Samir Cəbrayılov imza atıb. O, 78 velosipedçi arasında 18-ci olub.

Qeyd edək ki, Elçin Əsədov 24-27 sentyabrda İtaliyada keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək.