Fransa radiosu: Livan, Suriya və Latın Amerikasından gələn terrorçular Azərbaycana qarşı vuruşur

15:00 04-10-2020 513

Dağlıq Qarabağda Livan, Suriya və Latın Amerikadan gələn terrorçular Azərbaycana vuruşur.

APA-nın xəbərinə görə, bu barədə Fransa Beynəlxalq Radiosu Xankəndində olan müxbirinə istinadən yazıb.

“Livan, Suriya və ya Latın Amerikasından gələn 30 nəfər döyüşlərin yenidən başladığı andan etibarən Ermənistanın ordu sıralarında Azərbaycana qarşı vuruşur”, - deyə Fransa Beynəlxalq Radiosunun məlumatında qeyd olunur.