Trampın şəxsi köməkçisi də koronavirusa yoluxdu

02:40 05-10-2020 372

ABŞ Prezidenti Donald Trampın şəxsi köməkçisi Nik Lunaya koronavirus diaqnozu qoyulub.

Bu barədə “Bloomberg” xəbər yayır.

Trampın ən yaxın işçilərdən biri olduğu bildirilən Luna ABŞ dövlət başçısının iş cədvəlinə nəzarət edir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və onun xanımı Melaniya Tramp da koronavirusa yoluxublar.