Misirdə 2500 il əvvəl dəfn edilmiş sarkofaq açıldı - FOTO/VİDEO

09:20 05-10-2020 422

Misirdə ilk dəfə Sakkara nekropolunda içində mumiya olan sarkofaq açılıb.

Bu barədə “Daily Mail” xəbər yayır.

Alimlərin fikrincə, burada ölümdən sonra mürəkkəb dəfn ayinlərinə tabe olan aristokratlar və keşişlər dəfn olunub. Tədqiqatçılar hesab edir ki, mumiyalama zamanı onların beyni dəliklərdən xüsusi üsulla çıxarılıb.

Ümumilikdə Sakkarada üzərində parlaq təsvirlər olan 59 taxta tabut tapılıb. Onlardan biri KİV nümayəndələrinin qarşısında açılıb. Onun içərisində parlaq heroqliflə bəzənmiş dəfn paltarına bükülü mumiyalanmış qalıqlar olub.