Leyla Abdullayeva: “Etnik nümayəndələr Azərbaycanın tərkibində sülh, təhlükəsizlik şəraitdə yaşayırlar”

13:20 05-10-2020 14

“Azərbaycanın işğal olunmuş torpaqlarında yaşayan erməni mənşəli şəxlər Azərbaycan vətəndaşlarıdır. Sadəcə fakt odur ki, Dağlıq Qarabağ və onun ətrafında olan ərazilər işğalçı Ermənistanın-işğalçı dövlətin nəzarəti altındadır”.

HerGun.Az-ın müxbirinin məlumatına görə, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan çoxmilllətli dövlətdir:

“Bir çox etnik nümayəndələr Azərbaycanın tərkibində sülh, təhlükəsizlik şəraitdə yaşayırlar. Bu tarixən də belə olub. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında olmasın baxmayaraq, günü bu gün də ölkəmizdə minlərlə erməni sülh şəkildə yaşayır”.

“Bir daha qeyd etmək istəyirəm ki, işğal altında olan ərazilərdə yaşayan erməni vətəndaşlara demək istəyirəm ki, Azərbaycanda yaşayan digər etnik şəxslərə necə münasibət göstərilibsə, onlara da elə münasibət göstəriləcək. Bu həmişə belə olub. Belə də davam edəcək”, - deyə L.Abdullayeva bildirib.

İlhamə Əbülfət