Tramp: “Özümü 20 il əvvəlkindən daha yaxşı hiss edirəm”

03:20 06-10-2020 18

ABŞ Prezidenti Donald Tramp yaxın saatlarda müalicə olunduğu Uolter Rid xəstəxanasını tərk edəcək. 

Birləşmiş Ştatlar prezidenti bu barədə öz “Twitter” səhifəsində məlumat verib.

“Özümü əla hiss edirəm. Koronavirusdan qorxmayın. Onun həyatınızı idarə etməsinə icazə verməyin. Özümü 20 il əvvəlkindən daha yaxşı hiss edirəm”, - D. Tramp yazıb.

Xatırladaq ki, oktyabrın 2-də ABŞ prezidenti və xanımı nın koronavirusa yoluxduğunu açıqlamışdı.