Çində yük maşını bazara çırpıldı: Ölənlər var

04:20 06-10-2020 662

Çinin Dinsi şəhərində yük maşını bazarda insanlara çırpılıb.

“Sinxua” xəbər verir ki, nəticədə azı altı nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sürücünün hansı səbəbdən idarəetməni itirdiyi məlum deyil.

Beş nəfərin yerindəcə, birinin isə xəstəxanaya yerləşdirilən zaman öldüyü qeyd edilir.

Yaralanan 14 nəfərdən 5-nin vəziyyəti ağırdır.

Hadisənin təfərrüatları araşdırılır.