Parka oynamağa çıxmışdı, 15 maşının sahibini xərcə saldı - VİDEO

04:00 07-10-2020 18

Anası ilə gəzməyə çıxan balaca qız 15 maşının sahibinə zərər vurub. Belə ki, o, rəssamlıq fantaziyalarını avtomobillərin üzərinə köçürüb.

“Baza” “Telegram” kanalı bununla bağlı kadrları yayımlayıb.

Məlumata görə, hadisə Rusiyanın Krasnodar şəhərində baş verib. Anasından bir neçə addım geri qalan qız əlindəki tabaşirlə maşınların üzərini cızıb.

“Əsərlər” ürək-çiçək kimi şəkillərdən ibarət olsa da, avtomobil sahiblərinin xoşuna gəlməyib və onlar polisə müraciət ediblər.