Tirinnazavrın skeleti rekord məbləğə satıldı

08:40 07-10-2020 545

67 milyon il bundan əvvəl Yer kürəsində yaşayan vəhşi tirinazavrın skeleti hərracda 31,8 milyon dollara satılıb. 

Bununla bağlı “Christie's” hərrac evinin rəsmi saytı məlumat yayıb. 

1987-ci ildə Cənubi Dakota ştatında Sten Sekrisonın tapıntısı 188 sümükdən ibarət olub və yaxşı vəziyyətdə qalan tirinnazavr skeletlərindən biridir. 

Sümüklərin çəkisi 7-8 tona bərabərdir. Tapılan tirinnazavr təxminən Afrika fili boyda olub.