ABŞ Konqresi: “Apple”, “Facebook” və “Google” şirkətləri bazarı inhisara götürüb

05:40 08-10-2020 19

ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsinin Antiinhisar Siyasəti Alt Komitəsinin üzvləri araşdırma apararaq, ABŞ-ın iri şirkətləri olan “Amazon”, “Apple”, “Facebook” və “Google”un rəqabətsiz metodlardan istifadə etdikləri qənaətinə gəliblər.

Bu barədə CNBC telekanalı 16 ay davam edən araşdırmanın nəticəsinə dair komitənin hesabatlarına istinadən xəbər verib.

Alt Komitənin başçısı Devid Sisilini və Hüquq Komitəsinin sədri Cerrold Nadler tərəfindən edilən birgə açıqlamada bildirilib ki, bu gün “Apple”, “Amazon”, “Google” və “Facebook” hər vəziyyətdə ABŞ iqtisadiyyatının geniş seqmentləri üzərində bazarda “əhəmiyyətli mövqeyə” sahibdirlər.

Bu, həmin şirkətlərə öz təsir imkanlarını genişləndirməyə və “bazarda rəqabəti zəiflədəcək şəkildə istifadə etməyə” imkan verib.

Parlament üzvləri “Facebook”un potensial rəqibləri satın aldığına diqqət çəkib, “Google” isə axtarış və reklam sahəsindəki mövqeyini möhkəmləndirmək üçün texnologiyasını saytlara tətbiq edib. Eyni zamanda, “Amazon” və “Apple” şirkətləri öz maraqlarını qorumaq üçün inhisarçıların mövqeyindən istifadə ediblər.