İtaliyada fövqəladə vəziyyət rejiminin müddəti 31 yanvar 2021-ci ilə qədər uzadıldı

06:00 08-10-2020 17

İtaliyada fövqəladə vəziyyət rejimi 31 yanvar 2021-ci ilə qədər uzadılıb.

Bu barədə TASS xəbər verib.

Qərar çərşənbə günü respublikanın Nazirlər Şurasının iclasında qəbul edilib.

Bundan əvvəl parlamentin aşağı palatası müvafiq qərarı təsdiq etmişdi. İtaliyada mövcud vəziyyət cari ilin yanvarında epidemiya başlamazdan əvvəl tətbiq olunub və iyul ayının sonunda fövqəladə vəziyyət rejimi oktyabrın 15-dək uzadılmışdı.

Ölkə daxilində açıq havada da tibbi maskadan istifadə məcburi qaydada tətbiq olunur.

Son məlumatlara əsasən, ölkədə koronavirusa yoluxan şəxslərin ümumi sayı 330 263-ə çatıb, onlardan 234 099 nəfər sağalıb, 36 030 nəfər isə həyatını itirib.